AZ

''Fənərbaxça'' qışın ilk transferini reallaşdırdı - 23 milyon avro...

Türkiyədə qış transfer dönəmi yanvarın 2-də start götürəcək. Buna baxmayaraq ''Fənərbaxça'' indidən bir transferi tamamlamaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi PSV-nin yarımmüdafiəçisi Coui Veerman ilə bütün prinsipial məsələlərdə anlaşma əldə edib. Bu xəbəri həm Türkiyə, həm Niderland mətbuatı, həm də tanınmış insayder Fabritsio Romano təsdiqləyib.

''Sarı-lacivərdlilər''in rəsmisi Ərtan Torunoğulları hazırda transferi tamamlamaq üçün Niderlanddadı. PSV-nin baş məşqçisi Piter Boş dünən keçirilən ''Utrext''lə oyunöncəsi mətbuat konfransında Veermanın ayrılmaq üzrə olması barədə suala belə cavab verib:
''Çempionluq hədəfi ilə yola çıxmışıq və bunu mümkün olan ən güclü heyətlə etmək istəyirik. Düzdü, yüksək səviyyəli futbolçunun satılması o demək deyil ki, komanda çempion ola bilməyəcək. Ancaq digər tərəfdən bu transfer üçün qapını bağlaya da bilmərəm. Müasir futbol bu cür işləmir''.
''Volendam''ın yetirməsi olan, bu klubdan başqa ''Heerenven''də də top qovan 27 yaşlı futbolçu 2022-ci ildən PSV-nin şərəfini qoruyur. Yüksək texnika və ötürmə qabiliyyətinə malik olan, eləcə də ikiyönlü oynamağı bacaran Veerman ''Fənərbaxça''da oynamağa razılıq verib. Bu transfer İstanbul nəhənginə 23 milyon avroya başa gələcək!

Niderland yığmasında 17 oyun keçirən və 1 qol vuran Veerman yeni klubu ilə dördillik müqavilə imzalayacaq. Bu mövsüm 22 rəsmi oyunda 15 qolun vurulmasında yaxından iştirak edərək aktivinə 8 qol, 7 məhsuldar ötürmə yazan Veermanın yanvarın ilk günlərində Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Seçilən
77
football-plus.az

1Mənbələr