ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
0:00
/
0:26
x1
Qazax rayonunun Dəmirçilər kəndində yol-nəqliyyat hadisəsində xəsarət alan Mustafa Vələdovun vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusunda Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, yaralıya dəqiqləşməmiş kəllə-beyin travması diaqnozu təyin edilib:
"Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Aqil Vəlili
0:00
/
0:26
x1
09:48
Qazax rayonunda avtomobil hasara çırpılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.