AZ

Fransada Yelisey sarayına məxsus qiymətli əşyaları oğurlayanlar məhkəmə qarşısına çıxarılacaq

Bakı. Trend:

Fransada Yelisey sarayının gümüş qab-qacaqlarına cavabdeh olanəməkdaş və daha iki nəfər qiymətli süfrə ləvazimatlarınınoğurlanması şübhəsi ilə məhkəməyə çıxarılacaq.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə Paris prokurorluğuməlumat yayıb.

Bildirilib ki, Yelisey sarayı dövlət ziyafətləri və rəsmitədbirlərdə istifadə olunan çini, gümüş və digər dəyərli qab-qacaqnümunələrinin yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarınamüraciət edib. İtən əşyaların ümumi dəyərinin 15–40 min avroarasında olduğu qeyd olunur.

Prokurorluğun məlumatına görə, gümüş qab-qacaqlara cavabdeh şəxsTomas M. və onun tərəfdaşı Damien G. oğurluq şübhəsi iləsaxlanılıb. Digər şəxs — Gislen M. isə oğurlanmış əşyaları əldəetməkdə şübhəli bilinir. Fransada şəxsi məlumatların qorunmasıqaydalarına əsasən, ad-soyadlar tam açıqlanmayıb.

İstintaq zamanı Yelisey sarayı əməkdaşlarının ifadələrişübhələrin əsasən Tomas M.-nin üzərində cəmləşdiyini göstərib.Bildirilib ki, o, inventar siyahılarında etdiyi şübhəlidüzəlişlərlə oğurluqları əvvəlcədən gizlətməyə çalışıb.

Araşdırmalar zamanı Tomas M.-nin şəxsi dolabında, avtomobilindəvə evində təxminən 100 ədəd əşya aşkarlanıb. Onların arasında misqazanlar, "Sevr" çini qabları və "Baccarat" markalı şampanqədəhləri də var.

Prokurorluq həmçinin Yelisey sarayının əsas təchizatçılarındanolan "Sevr" fabrikinin bəzi əşyaları onlayn hərrac saytlarındatanıdığını və onların bir qisminin artıq geri qaytarıldığınıaçıqlayıb.

Qeyd edək ki, iş üzrə məhkəmə prosesi fevral ayındakeçiriləcək.

Məqalədə:
Seçilən
109
1
az.trend.az

2Mənbələr