Bakı, 20 dekabr, AZƏRTAC
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs bir yanmtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallaını hissə-hissə oğurlayaraq satıb
Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M. Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin da aşkarlanaraq götürülüb
Apaılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.