AZ

Deputat oğluna verilən 48 milyonluq lahihələr - Orxan Quluzadə nece tender qalibi edilir?

Deputatın oğlu mütəmadi olaraq tenderlər qazanır: 1 ay əvvəl 15,8 milyon, indi isə 32 milyon manat

20 ildən artıqdır deputat olan Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus “Diler İnşaat” QSC adlı şirkət Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün tender qazanıb. 

Dövlət satınalmalarının vahid internet portalında qeyd edilən məlumata əsasən, bunun üçün şirkətə 32 milyon manata yaxın vəsait ödənəcək.

Şirkət bu dəfə Ağdam şəhərindəki 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması işlərini həyata keçirəcək.

Paytaxt.org Meydan TV-yə istinadən bildirir ki, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus “Diler İnşaat” QSC adlı şirkət barədə 1 ay əvvəl dərc etdiyi araşdırmada QSC-nin Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün 2 ədəd tenderdə qalib gəldiyi qeyd olunurdu. Qalib şirkətə bu layihə üçün 15.8 milyon manat ödənilib.

“Diler İnşaat” QSC ölkənin tanınmış “Trump Tower”, “Flame Towers”, “Socar Tower”, “Port Baku Towers”, “Dəniz oteli Crescent Hotel”, “Dəniz Mall” kimi layihələrin tikintisində də iştirak edib.

Araşdırmada qeyd olunub ki, şirkət əvvəlcə “Orxan 1989” MMC adı ilə təsis edilib. Daha sonra “Diler İnşaat” MMC, sonra da “Diler İnşaat” QSC olaraq dəyişdirilib.

Sahibkar Orxan Quluzadə bundan əlavə “Loğman Farm” MMC adlı şirkətin də təsisçisidir. Həmin şirkət də satınalmalar portalında qeyd olunan məlumata görə bir neçə dəfə tenderlərin qalibi elan edilib.

Seçilən
68
paytaxt.org

1Mənbələr