Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bir çinli elektrik avtomobilini tam olaraq külək axınından şarj etməyi sınaqdan keçirib və 100 kilometrlik məsafəyə (90 km/s sürətli) 28 kilometr məsafədə elektrik elektrik ehtiyatı əldə edib. Bununla da adam tam olaraq hava ilə çalışan avtomobilə sahib olub. Elektrik enerjisini küləkdən almaq külək turbinləri vasitəsi ilə həyata keçirilir. Sadə dillə desək külək hərəkət enerjisini (kinetik enerjini) turbin fırladır, fırlanma isə generator vasitəsilə elektrikə çevrilir.Bu həvəskar ixtira gələcəyin texnologiyasına çevrilə bilərmi?Elektromobilə keçid hələ tam yekunlaşmamış, bu yenilik alternativ seçim ola bilərmi?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu cür layihələr çox olur – kimsə ideya irəli sürür, maraqlı görünə bilər, amma əsas məsələ onun kütləviləşməsidir.
Raqif Raufoğlu
“Maraqlıdır, amma eksperimental xarakter daşıyır. Bu cür layihələr çox olur – kimsə ideya irəli sürür, maraqlı görünə bilər, amma əsas məsələ onun kütləviləşməsi və texniki reallaşmasıdır. Burada mühəndislərin rəy və yanaşması əsas rol oynayır. Bəzən bəsit görünən bir ideyanın arxasında mürəkkəb mühəndislik həlləri tələb olunur. Çünki avtomobil istehsalında hər şey – ekoloji standartlardan tutmuş təhlükəsizliyə qədər – kompleks şəkildə nəzərə alınmalıdır.
Hidrogen mühərriki bu gün daha çox etibarlı hesab olunur. Toyota, Volkswagen və BMW kimi şirkətlər əvvəllər buna maraq göstərmirdi, lakin bazarı itirməmək üçün indi bu istiqamətə yönəlirlər. Elektromobilə tam keçid də real görünmür. Avropa İttifaqı 2030-cu ildən daxili yanma mühərriklərini qadağan etməyi planlaşdırsa da, sonradan bildirdilər ki, hibrid və plagin modelləri qalacaq. Yəni alternativlər hələ də mövcuddur.
Əsas məsələ, yeni texnologiyaların təhlükəsizlik testlərindən keçməsi və kommersiya baxımından dayanıqlı olmasıdır. Ola bilsin ki, bu ixtiranın ilkin versiyası yollarda görünməyəcək, amma texnoloji baxımdan təkmilləşdirilmiş formaları gələcəkdə real alternativə çevrilə bilər. Sadəcə istəyirlərmi və ya böyük oyunçular buna nə qədər razıdır? Bunlar hamısı rol oynayacaq”-deyə Raqif Raufoğlu qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.