
Naməlum pilotsuz uçuş aparatı (PUA) Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Bildirilib ki, PUA-nı fermerlər Manyas rayonundakı tarlada aşkar ediblər. Pilotsuz uçuş aparatın üzərində heç bir müəyyənedici işarə və ya bayraq aşkar edilməyib. Təyyarə texniki analiz üçün Ankaraya təhvil verilib.
Qeyd edək ki, bu, Türkiyədə bu həftə aşkar edilən üçüncü PUA-dır.