AZ

Qaradağ rayonunda oğru tutulub

ain.az, Operativ MM saytına istinadən bildirir.

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M. Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin da aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Goranboyda bədbəxt hadisə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
operativmm.az

1Mənbələr