AZ

Ukrayna Rusiyanın pulunu yalnız bu halda geri qaytaracaq Zelenski

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından alınan 90 milyard avroluq kreditin yalnız Rusiya tərəfindən reparasiya (Təcavüzkar dövlətin təcavüzə məruz qalmış ölkəyə dəymiş zərəri ödəməsi) ödənildiyi təqdirdə geri qaytarılacağını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu fikrini Portuqaliyanın Baş naziri Luiş Monteneqru ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

“2026–2027-ci illər üçün 90 milyard avro almışıq. Bildiyiniz kimi, biz Rusiyanın 210 milyard avro dəyərində dondurulmuş aktivlərindən tam istifadə etməyi planlaşdırırıq. Bu kreditlər faizsizdir və Ukrayna bu məbləği yalnız Rusiya bizə müvafiq reparasiyalar ödəyəcəyi halda geri qaytaracaq”, – Zelenski bildirib.

O, bu qərarı mühüm maliyyə, geosiyasi və siyasi qələbə kimi qiymətləndirib və Avropa liderlərinin bu məsələdə birlik və qətiyyət nümayiş etdirdiklərini vurğulayıb.

“Bu, həm bizim, həm də əhali və hərbçilər üçün vacibdir. Əsas odur ki, dəstək var və davam edəcək”, – Ukrayna lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
119
globalinfo.az

1Mənbələr