AZ

"Fənərbağça"dan transfer bombası: Coy Veerman ilə razılıq əldə olundu

Türkiyənin "Fənərbağça" klubu heyətini gücləndirmək yolunda mühüm addım ataraq Coy Veermanın transferi üçün PSV ilə prinsipial razılığa gəlib.

Fanat.Az xəber verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, "sarı-göylər" hollandiyalı yarımmüdafiəçinin müqaviləsində yer alan 20 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib.

Məlumata əsasən, Coy Veermanın özü də İstanbul təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini tam razılaşdırıb. Bu transferin reallaşması ilə "Fənərbağça" orta sahədəki rəqabəti daha da artırmağı hədəfləyir.

Kamil Xudiyev

Seçilən
89
1
fanat.az

2Mənbələr