Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Ov mövsümünə icazə verilməsi müsbət göstəricidir. Bu, biomüxtəlifliyə zərər görmüş və sayı azalmış bəzi quş, heyvan və balıq növlərinin müəyyən qədər bərpa olunduğunu göstərir".Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib. "Ov yalnız müəyyən qaydalar çərçivəsində və icazə verilən ərazilərdə mümkündür. Azərbaycan qanunvericiliyinə əsasən, ov mövsümündə yalnız icazə verilmiş növlər ovlana bilər. Ov həftədə bir dəfə olmaqla, cümə, şənbə və bazar günləri həyata keçirilir. Ovçu bu günlərdən birini seçə bilər.Ov etmək üçün mütləq ovçu bileti tələb olunur. Ovçu bileti yalnız müəyyən rüsum ödənildikdən sonra verilir və bileti olmayan şəxslərə ov etməyə icazə verilmir. Ovçuların cəmiyyətə üzv olması da əsas şərtlərdən biridir".O bildirib ki, nadir və sayı məhdud olan heyvan və quş növlərinin ovlanması qadağandır:"Bu qaydaları pozan şəxslər inzibati qaydada cərimələnir. Nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilir.Ovçu bileti olan şəxs belə ov etmək üçün ayrıca icazə almalıdır. Bu icazələr “ASAN xidmət” vasitəsilə əldə edilə bilər. Ov zamanı yalnız dövlət tərəfindən icazə verilmiş ov alətlərindən istifadə olunmalıdır".Ekoloq deyib ki, dənizdə balıq ovu ilə bağlı da qaydalar mövcuddur:"Həvəskar balıqçılara gündə 5 kiloqrama qədər balıq tutmağa icazə verilir. Bu həddi aşanlar cərimə olunur. Daha çox balıq ovu ilə məşğul olmaq istəyən şəxslər isə mütləq lisenziya almalıdırlar. Lisenziyaların verilməsi və nəzarət də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.Vətəndaşlara çağırış edilir ki, ov zamanı xüsusilə diqqətli olsunlar, nadir və qorunan növlərə toxunmasınlar. Qoruqlarda, meşə ərazilərində, park və istirahət zonalarında, eləcə də yaşayış məntəqələrinə 1,5 kilometrdən yaxın ərazilərdə ov qadağandır.
Qaydalarına əməl etməklə ov etmək mümkündür, əks halda qanun pozuntusu inzibati məsuliyyət yaradır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.