AZ

Entoni Coşua Ceyk Polu məğlub etdi

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Üç divizion üzrə ağır çəkidə keçmiş dünya çempionu, böyük britaniyalı Entoni Coşua amerikalı aktyor və bloger Ceyk Polu məğlub edib.

Yeniavaz.com xəbər verir ki, Florida ştatının Mayami şəhərində keçirilən səkkiz raundluq döyüş Coşuanın altıncı raundda nokautla qalib gəlməsi ilə başa çatıb.

Pol əvvəlcə amerikalı Cervonta Devislə qarşılaşmalı idi, lakin Devis cinayət məsuliyyətinə cəlb olunduğu üçün döyüşdən uzaqlaşdırıldı.

36 yaşlı Coşuanın 29 qələbəsi (26-sı nokautla) və 4 məğlubiyyəti var. Son döyüşündə britaniyalı həmyerlisi Deniel Dubaya uduzaraq Beynəlxalq Boks Federasiyasının dünya çempionu tituluna sahib ola bilmədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
yeniavaz.com

1Mənbələr