AZ

Oğuzda mikroavtobus qəzaya düşdü: Ölən və yaralananlar var

Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

Seçilən
60
2
unikal.az

10Mənbələr