AZ

Hökümə Əliyevanın ailəsi Aktauya getdi

BAKI, 20 dekabr. TELEQRAF

Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan pilotların ailələri Aktau şəhərinə gedib.

Milli Qəhramanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun yaxınları Akatu şəhərindədirlər.Bu barədə Teleqrafa Milli Qəhraman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.Səfər edənlər arasında vəfat edən sərnişinlərin yaxınları da olub.

"Ölkəmizin Qazaxstandakı Konsulluğuna, AZAL-ın heyyətinə təşəkkür edirik. Təyyarə qəzasında həlak olanların il dönümünə yaxın ziyarət üçün gəldik. İnşallah cənab prezidentin qətiyyəti sayəsində bu cinayətdə əli olanlar cəzalanacaq. Ədalətbərqarar olacaq. Bizim yaramıza su cinayətkar öz cəzasını tapanda səpiləcək. Qazaxstanda yaşayan soydaşlarımıza da təşəkkür edirəm. Hər birinə dərin təşəkkürümü bildirirəm" - deyə C. Nəsibli bildirib.

Seçilən
88
1
teleqraf.com

1Mənbələr