GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya ilə ABŞ arasında Arktika regionunda əməkdaşlığın inkişaf etdirilməsi planlarından danışıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“ABŞ ilə Arktikada əməkdaşlığa hazırlaşırıq”, – deyə Dmitriyev vurğulayıb.
Daha öncə bildirilib ki, yaxın həftəsonu Rusiya və ABŞ nümayəndələri arasında danışıqların keçirilməsi planlaşdırılır. Gözlənilir ki, görüş zamanı Ukrayna ilə bağlı yeni sülh planı müzakirə olunacaq. Mövcud məlumatlara görə, Rusiya tərəfinə Kiyevin təklifləri nəzərə alınmaqla hazırlanmış sənəd variantı təqdim ediləcək.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.