AZ

Prezidentin irəli sürdüyü amnistiya aktından daha çox kimlər yararlanacaq?VİDEO

Ötən gün parlamentdə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Qərar qəbul edildi.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Bəhruz Məhərrəmov deyir ki, prezident İlham Əliyevin irəli sürdüyü bu amnistiya təşəbbüsü çox humanist addımdır. Bu, dövlətin hər bir vətəndaşın himayəçisi və müdafiəçisi olduğunu bir daha göstərmiş oldu.

Qərara əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilənlər istisna olmaqla, cəzanın müddətindən asılı olmayaraq məhkumlar bu amnistiya aktından yararlanacaqlar.

Aidiyyəti orqanlar bu qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
85
xezerxeber.az

1Mənbələr