Avtobuslarda yeni ödəniş üsulu sınaqdan keçirilir. Bu yeni sistem vasitəsilə telefon, ağıllı saat, bank kartı və ya “NFC” funksiyalı digər cihazlardan hər hansı birini validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Xezerxeber.az xəbər verir ki, sınaq prosesi ilk olaraq 500 nömrəli marşrutda tətbiq edilib.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sınaq müddətində olan layihə çərçivəsində, avtobuslarda NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş etmək mümkün olacaq.
Yenilik həm sərnişinlərin, həm də sürücülərin ürəyincədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.