AZ

Hərbi xidməti vəzifəsini yerinə yetirərkən qəzaya düşən şəxsin pensiyası niyə dayandırılıb?VİDEO

Hərbi vəzifəsini yerinə yetirərkən qəzaya düşüb. 2015-ci ildə ona ikinci qrup əlillik təyin edilib. 2021-ci ildən isə ona təyin olunan pensiyanın verilişi dayandırlıb.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Gəncə şəhər sakini, 33 yaşlı Elxan Mirzəyev iddia edir ki, 4 ildir pensiyasının bərpası üçün müxtəlif instansiyalara müraciət etsə də, hamısı cavabsız qalıb.

Elxan Mirzəyev iddia edir ki, dəfələrlə sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə təqdim edib. Lakin ona verilən cavab dəyişməyib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov "Xəzər Xəbər"ə açıqlamasında əlilliyin qiymətləndirilməməsini bu cür əsaslandırdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
77
1
xezerxeber.az

2Mənbələr