Goranboyda bədbəxt hadisə olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Məşədiqaralar kəndində qeydə alınıb.

Kənd sakini 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info