Rusiya ordusunun Ukraynanın İzyum şəhərinə kaset bombası atması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleg Sinequbov teleqram kanalında yazıb.
"İzyum şəhərinə hava hücumu nəticəsində iki nəfər həlak olub. Yenilənmiş məlumata görə, 60 yaşlı bir qadın da yaralanıb və kəskin stress keçirib. İlkin məlumatlara görə, rus ordusu İzyuma dörd kaset bombası ilə hücum edib", - deyə Sinequbov bildirib.