AZ

İlon Mask tarixdə 700 milyard dollardan çox sərvətə sahib ilk şəxs oldu

BAKI, 20 dekabr. TELEQRAF

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk şəxs olub.

Teleqraf xəbər verir ki, bu barədə "Forbes" jurnalının məlumat yayıb.

İş adamının sərvətinin Delaver Ali Məhkəməsinin qərarından sonra artdığı izah olunur. Məhkəmə Maskın 139 milyard dollarlıq "Tesla" səhm opsionları kompensasiyasını qanunsuz hesab edən aşağı məhkəmənin qərarını ləğv edib. Bu qərardan sonra sahibkarın sərvəti rekord həddə - 749 milyard dollara çatdı.

Jurnal qeyd edib ki, dünyanın ikinci ən varlı şəxsi 253 milyard dollarla "Google"ın həmtəsisçisi Larri Peykdir .

Seçilən
151
teleqraf.com

1Mənbələr