Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.
Publika.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Yeni rekord Delaver ştatının aşağı instansiya məhkəməsinin iş adamına Tesla səhmlərinə dair opsionların verilməsini ləğv edən qərarını aradan qaldırması ilə bağlıdır. Onların dəyəri indi 139 milyard dollardır. "Forbes"in məlumatına görə, şikayət nəticəsində sahibkarın sərvəti 749 milyard dollara çatıb.
Bundan əvvəl Mask dünyada sərvəti 600 milyard dollar olan ilk insan olmuşdu. Bu, cari ayda baş verib.