AZ

Premyer Liqa: "Siti" və "Liverpul"dan qələbə

İngiltərə Premyer Liqasında növbəti qarşılaşmalar keçirilib.

Apasport.az xəbər verir ki, “Nyukasl” doğma meydanda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib. 

Digər oyunlarda “Bornmut” evdə “Bernli” ilə 1:1 hesablı bərabərliyə razılaşıb, “Brayton” isə “Sanderlend”lə qolsuz heç-heçə edib – 0:0.

Turun inamlı qələbələrindən birini “Mançester Siti” qazanıb. “Şəhərlilər” səfərdə “Vest Hem”i 3:0 hesabı ilə məğlub ediblər. “Brentford” da doğma meydanda “Vulverhempton” üzərində 2:0 hesablı qələbə qazanıb.

Günün son qarşılaşmasında isə “Liverpul” səfərdə “Tottenhem”i 2:1 hesabı ilə məğlub edib. London təmsilçisi matçın gedişində azlıqda qalsa da, “qırmızılar” üstünlükdən maksimum yararlanaraq üç xalı aktivlərinə yazdırıblar.

“Fənərbaxça”da ciddi itki

“Tottenhem” Omar Marmuşla maraqlanır

Ronaldonun komandasına transfer qadağası

“Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi

Malili futbolçu addım-addım “Qalatasaray”a

Seçilən
92
1
apasport.az

2Mənbələr