Bakı. Trend:
İsrail ordusunun mexanikləşdirilmiş patrulu Suriya ərazisinədaxil olaraq cənubdakı Əl-Kuneytra vilayətindəki dörd yaşayışməntəqəsində təmizləmə əməliyyatı həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi xəbərverib.
Məlumata əsasən, İsrail qoşunları yeddi zirehli maşınlaAyn-Zeyvan, Kidna və Suveysa qəsəbələrinə doğru yola düşüblər.Onlar müvəqqəti nəzarət məntəqələri quraraq bu şəhərləribirləşdirən yolu bağlayıblar.
Axtarışlar zamanı radikal qruplara mənsub olmaqda şübhəlibilinən bir neçə şəxs saxlanılıb.
Vilayətin mərkəzi hissəsində İsrail ordusunun digər birbölmələri müqavimət göstərmədən Əl-Əcrəf kəndinə daxil olub vəorada piyadaları və nəqliyyat vasitələrini yoxlamaq üçün yoxlamaməntəqəsi qurublar.