AZ

Argentinanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Ev dustaqlığında olan Argentinanın keçmiş prezidenti KristinaFernandes de Kirşner qarın ağrısı ilə xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə “La Nacion” qəzeti mənbələrəistinadən xəbər verib.

Məlumata əsasən, çağırış ünvanına gələn həkimlər sabiqprezidentini korrupsiya ittihamı ilə cəza çəkdiyi mənzildə müayinəediblər və onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub.O, əməliyyat olunur.

Seçilən
113
az.trend.az

1Mənbələr