AZ

“Bizim süfrə” alıcıları belə aldadır - İddia

“Bizim süfrə” markasının məhsullarının reklamı və satışı ilə bağlı istehlakçıların aldadıldığı iddia olunur.

Ölkə.az xəbər verir ki, jurnalist İlhamə Rəsul bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, marketlərdə aparılan kampaniya çərçivəsində markanın məhsullarından 7 ədəd alan alıcılara elektronik məişət cihazı hədiyyə ediləcəyi vəd olunub. Lakin vəd edilən hədiyyə təqdim edilməyib.

Jurnalistin sözlərinə görə, market əməkdaşları özləri yaxınlaşaraq 7 ədəd məhsul alacağı təqdirdə fen, tozsoran, elektrikli çaydan, toster, ütü və digər cihazlardan birinin hədiyyə veriləcəyini bildiriblər. Kampaniyanı yoxlamaq məqsədilə məhsulları aldıqdan sonra ona ayın 15-də yaxınlaşması deyilib. Həmin tarixdə marketə getdikdə isə hədiyyələrin bitdiyi, növbəti həftə gəlməsinin lazım olduğu bildirilib.

Sonradan oğlu marketə gedərkən isə “hədiyyə” adı altında “pinqvin” loqolu paketdə cəmi 4 ədəd mayonez və ketçup təqdim olunub. İlhamə Rəsul qeyd edib ki, 7 ədəd məhsul almasına baxmayaraq, elektron cihaz əvəzinə bir neçə mayonezin verilməsi kampaniyanın aldadıcı xarakter daşıdığını göstərir.

Jurnalist baş verənləri istehlakçıların etimadından sui-istifadə kimi qiymətləndirərək, bu cür halların fırıldaqçılıq olduğunu vurğulayıb.

Leyla

Seçilən
95
1
olke.az

2Mənbələr