AZ

Mirşahin vəfat edən meyxanaçıdan yazdı

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Tanınmış telejurnalist Mirşahin Ağayev vəfat edən qəzəlxan Kərim haqqında yazıb.

Gununsesi.info həmin qeydi təqdim edir:

Azərbaycanın müasir dövr şifahi xalq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Kərimi həmişə istedadı, səmimi və mərd bir yaradıcı insan kimi xatırlayacam. Hazırcavablığı ilə fərqlənirdi. Yaxşı yadımdadır. “De gəlsin” layihəsində növbəti mərhələyə qafiyə axtarırdıq. Çətin və dərin mənalı olmalıydı. Dəqiq yadımda deyil, hansı il idi, amma il ilan üstündə təhvil olacaqdı. Qafiyə ya köhnə ilə, ya da yeni ilə aid olmalı idi. Kərim bədahətən dedi:

-Kirpi şaddı, il ilan üstündədi!

İlan fikirdən tikan üstündədi!”

…Biologiya, zoologiya, məntiq və poeziyanın mükəmməl sintezi! Heyrətamiz adam idi, Kərim. Hazırcavab, ağsaqqal, müdrik…

Biz onun simasında əsl meyxana ustadını itirdik. Allah rəhmət eləsin! Şifahi xalq ədəbiyyatında, xiridarların yanında qazandığı yer həmişə görünəcək!

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
icma.az

1Mənbələr