AZ

Yekaterinburqda saxlanan Azərbaycan diaspor üzvlərinin həbs müddəti uzadıldı


Yekaterinburq məhkəməsi qətllər törətməkdə ittiham olunan üç Azərbaycan diasporu üzvünün həbs müddətini uzadıb.

"Komsomolskaya Pravda" qəzetinin məlumatına görə, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "g" bəndləri ilə ittiham olunurlar.

Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, diasporu üzvlərinin həbs müddəti 29 mart 2026-cı il tarixinə qədər uzadılıb. Məhkəmənin qərarı hələ qüvvəyə minməyib. Məhkəmədən verilən məlumata görə, tərəflərin apelyasiya şikayəti vermək üçün üç günü var.

Xatırladaq ki, 2 avqust 2025-ci ildə Azərbaycan diasporunun lideri Şahin Şıxlinski həbs edilib və ona qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. O, özünü günahsız hesab edib. Onun həbsindən əvvəl isə oğlu Mütvəla Şıxlinski saxlanıb.

TAHİR

Seçilən
20
baki-xeber.com

1Mənbələr