Rusiya yanvardan noyabra kimi Çindən naringi idxalını rekord həddə - 78 milyon dollara çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası Çinin gömrük məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Çindən Rusiyaya naringi daşınması 2025-ci ildə 16% artıb. Bu rəqəm son on ildə ən yüksək göstərici sayılır.
Bundan əlavə, noyabr ayında Rusiyanın idxalı 6% artaraq 22 milyon dollar təşkil edib.