AZ

Hamı “Barsa”nı hədələyən uşaqdan danışır: Cavab verəcəksiniz

“Sant Andreu” klubunun futbolçusu Niko Qarrido “Barselona” ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, 10 yaşlı oyunçu yeniyetmələr turnirində oynadıqdan sonra qeyri-adi bir müsahibə verib.

“Mən “Barselona”nı dəstəkləyirəm, amma onlara da qəzəbliyəm. Məni komandadan qovdular! Böyüyəndə bunun üçün cavab verməli olacaqlar. Yeddi yaşım var idi və məni transfer etdilər, amma sonra heç bir izahat vermədən məni komandadan çıxardılar. Böyüyəndə hər şeyi öyrənəcəyəm.

Karles Puyol mənim nümunəmdir. Lamin Yamal? Onun cəmi 18 yaşı var və özünü Messi hesab edir”, – Qarrido “Tic Tac” Kuboku matçından sonra deyib.

Seçilən
108
27
publika.az

10Mənbələr