AZ

Fernando Muslera “Estudiantes”lə növbəti titullarını qazanıb

Bakı. Trend:

“Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera yeni komandası– Argentinanın “Estudiantes” klubunda növbəti uğuruna imzaatıb.

Trend-inməlumatına görə, təcrübəli qapıçı son bir həftə ərzində iki fərqliturnirdə kubok qazanaraq karyerasına daha bir titul əlavə edib.

“Estudiantes” Argentina Çempionlar Kubokunun finalında“Platense” ilə qarşılaşıb. Görüş Musleranın komandasının 2:1hesablı qələbəsi ilə yekunlaşıb və kubok “Estudiantes”in muzeyinəaparılıb.

Qeyd edək ki, “Estudiantes” bir həftə əvvəl, dekabrın 14-dəArgentina Liqasının 2-ci mərhələsinin finalında “Rasinq Klub”uməğlub edərək çempion olmuşdu.

Seçilən
46
5
az.trend.az

6Mənbələr