AZ

Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir

Bakı. Trend:

Tailand Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN)xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusigörüşündən sonra Kamboca ilə sərhəddə münaqişə zonasında atəşkəsrejiminin tətbiq edilməsi ehtimalını istisna etmir.

Trend-inməlumatına görə, bu barədə Tailandın Birgə Mətbuat MərkəzininKamboca ilə sərhəddəki vəziyyətlə bağlı yaydığı, Krallığın SilahlıQüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxilolduğu bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, atəşkəs yalnız Tailand ordusununvəziyyətin qiymətləndirilməsinə əsaslanacağı halda mümkün olabilər. Vurğulanıb ki, toqquşmaları başladan tərəf Kambocaolduğundan, ilk növbədə o, atəşkəsə hazır olduğunu və bu niyyətindəsəmimi olduğunu açıq şəkildə nümayiş etdirməlidir. Tailandınəvvəldən həqiqi və davamlı sülh istədiyi bildirilsə də, bunun ölkəvətəndaşlarının təhlükəsizliyi və əmin-amanlığı təmin olunmaqlamümkün ola biləcəyi qeyd edilib.

Eyni zamanda, Tailand tərəfi ASEAN çərçivəsində keçirilən bugörüşdə sərhəd boyunca gərginliyin azaldılmasına dair yanaşmalarınmüzakirəsi üçün Kambocadan real səmimiyyət gözlədiyini bəyanedib.

Malayziyanın Baş naziri Ənvər İbrahimin təşəbbüsü ilə ASEANxarici işlər nazirlərinin xüsusi görüşü dekabrın 22-dəKuala-Lumpurda keçiriləcək. Tailand mətbuat mərkəzinin məlumatınagörə, görüş həm Tailand, həm də Kambocanın mövqelərini dinləmək,eləcə də iki ölkə arasında sərhəd boyunca gərginliyin azaldılmasıüçün mümkün yanaşmaları müzakirə etmək imkanı yaradacaq.

Seçilən
83
7
az.trend.az

10Mənbələr