ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Avropa İttifaqı (Aİ) hər qərarla gücü zəifləyən “uğursuz bir sistemə” çevrilib”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
O, öz paylaşımında Macarıstanın Baş naziri Viktor Orbanın bu yaxınlarda verdiyi sitata istinad edib.
Orbanın sözlərinə görə, Aİ-nin Ukraynaya 90 milyard avroluq kredit vermək qərarı ittifaqı gücləndirmək əvəzinə, zəiflədir.
“Aİ-nin son qərarları qaçılmaz çöküşün əlamətidir. Digər bir əlamət isə uğursuz sistemlər tərəfindən vəziyyəti yaxşılaşdırmaq əvəzinə, pisləşdirməyə qadir olan liderlərin seçilməsidir”, – deyə Puşkov qeyd edib.
Senator bildirib ki, liderlər qərarlarının sistemi gücləndirdiyinə inansa da, əslində onlar təşkilatı daim zəiflədir.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.