Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Tavuşun sərhəd kəndi olan Günənin (Kirants) ən azı altı sakini hələ də Azərbaycana təhvil verilən torpaqlardakı əmlaka görə Ermənistandan kompensasiya almaqdan imtina edir.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Sputnik Ermənistan” yazıb.
"Daha əvvəl, delimitasiya prosesinin bir hissəsi olaraq, günən (Kirants) kəndinin bir hissəsi - iki ev, bir körpü, Gürcüstana aparan yolun bir hissəsi və 50-dən çox torpaq sahəsi - Azərbaycanın nəzarəti altına keçib.
Bu prosesin bir hissəsi olaraq, Ermənistan hakimiyyəti sakinlərə bütün lazımi mülkiyyət sənədlərinə malik olduqları əmlak üçün kompensasiya təklif edib.
Lakin bəzi sakinlər Ermənistan hökumətinin hərəkətləri ilə razılaşmayaraq bunu qəbul etməyiblər”,-deyə bildirilir.
Tavuş regional administrasiyası bu məlumatın "dövlət sirri ehtiva etdiyini" əsas gətirərək sorğuya cavab verməkdən imtina edib.
Yerli KİV-in məlumatına görə, daha əvvəl Ermənistanın Kadastr Komitəsi Kirants ərazisinin xəritəsini yeniləyərək onu yeni sərhədə uyğunlaşdırıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.