AZ

Rusiyada banklar köçürmələr zamanı qohumluq əlaqələrini yoxlamağa başlayıb


Rusiya bankları müştərilərin böyük məbləğdə pul köçürmək istədikləri şəxslərlə qohumluq əlaqəsini araşdırmağa başlayıb.
Yeniavaz.com
xəbər verrir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, belə köçürmə cəhdi zamanı əməliyyat əvvəlcə bloklanır. Daha sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır və əlavə məlumatlar soruşur — o cümlədən vəsaiti alan şəxsin tam məlumatlarını və onun müştəri ilə qohumluq əlaqəsini.
Qeyd olunur ki, bundan başqa, banklar pulun hansı məqsədlə göndərildiyi ilə də maraqlana bilərlər.
Rusiya Mərkəzi Bankının informasiya təhlükəsizliyi departamentinin direktoru Vadim Uvarov bildirib ki, banklar bütün köçürmələri mümkün dələduzluq əlamətləri baxımından yoxlayır və şübhəli əməliyyatları dayandırırlar ki, vəsaitlərin mənimsənilməsi ehtimalı azaldılsın.
Seçilən
103
1
yeniavaz.com

2Mənbələr