AZ

Varqas “Sevilya”dan “Lids”ə keçə bilər

İspaniya “Sevilya”sının cinah oyunçusu Ruben Varqas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "OrgulloBiri"nin istinadən məlumatına görə, “Lids” 27 yaşlı futbolçu üçün “Sevilya”ya rəsmi təklif göndərməyə hazırlaşır.

 İngiltərə klubunun isveçrəlinin transferi üçün 20 milyon avro dəyərində təklif təqdim edəcək. Cari mövsümdə Varqas La Liqada 12 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun “Sevilya” ilə müqaviləsi 2029-cu ilin ortasına qədər qüvvədədir. Transfermarkt portalı Ruben Varqasın bazar qiymətini 12 milyon avro olaraq qiymətləndirir.

Seçilən
53
90deqiqe.az

1Mənbələr