AZ

Naxçıvanda ər-arvad dəm qazından öldü

BAKI, 21 dekabr. TELEQRAF

Naxçıvanda dəm qazı zəhərlənməsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə Babək rayonunun Hacıvar kəndində qeydə alınıb.

Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
28
9
teleqraf.com

10Mənbələr