AZ

ABŞ Puerto Rikoda F-35A qırıcıları yerləşdirərək bölgədəki qüvvələrini gücləndirib

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil “F-35A Joint Strike”qırıcılarından ibarət eskadrilya Puerto Rikodakı Ruzvelt Rods HərbiHava Qüvvələri bazasına çataraq bölgədəki ABŞ qüvvələrinigücləndirib.

Trend-inməlumatına görə, bu barədə “The War Zone” nəşri xəbər yayıb.

Qeyd olunur ki, bundan əvvəl sözügedən bazada ABŞ Hərbi DənizQüvvələrinə məxsus 10 ədəd F-35B qırıcı təyyarəsiyerləşdirilmişdi.

Nəşrin yazdığına görə, F-35A qırıcılarının bölgəyə göndərilməsiVenesuela prezidenti Nikolas Maduroya istefa verməsi üçün siyasi vəhərbi təzyiq göstərilməsi missiyasının tərkib hissəsi olub.

Vermont ştatında yerləşən 158-ci Hava Milli QvardiyasıQanadından göndərilən təyyarələrin dəqiq sayı açıqlanmayıb.Müşahidəçilər bölgəyə ən azı 10 qırıcının çatdırıldığını ehtimaledirlər.

ABŞ Hərbi Hava Qüvvələrinin Karib dənizi bölgəsinə ilk taktikiqırıcı təyyarəsi olan F-35A-nın yerləşdirilməsi, Hərbi HavaQüvvələrinin Venesuela hava məkanının dərinliyindəki hədəflərə 900kiloqram (2000 funt) ağırlığında idarə olunan bombalarla zərbəendirmə imkanlarını genişləndirir.

Seçilən
113
1
az.trend.az

2Mənbələr