AZ

Baş nazirlə fotosunu paylaşdı: elə bir zarafat etdi ki...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqının (Aİ) sammitindən sonra Belçikanın Baş naziri Bart De Vever müdafiə naziri Teo Frankenin müşayiəti ilə Ukraynaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Franken “X” sosial media platformasında yazıb.

“A400M təyyarəsində Ukraynaya birlikdə. Bu, Avropa İttifaqından kənara ilk səfərimizdir. Amma Jerar Depardye və Bəşər Əsəd görünmür”, – deyə nazir zarafatla qeyd edib.

Xatırladaq ki, dekabrın 19-da Belçikanın baş naziri də jurnalistlərlə söhbət zamanı oxşar fikirlər səsləndirmişdi. O, Sankt-Peterburqdakı bağ evinə getməli olduğunu söyləmişdi:  “İndi qonşum Jerar Depardye (fransız aktyor) və küçənin o biri tərəfində Əsədin (keçmiş Suriya prezidenti Bəşər Əsəd) yaşadığı Sankt-Peterburqdakı bağ evimə getməliyəm. Düşünürəm ki, orada mer ola bilərəm”.

Bart de Vever nəyə görə belə zarafat etdiyini izah etməmişdi. 

Qeyd edək ki, fransız aktyoru Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını alıb. Bəşər Əsəd isə 2024-cü ildə Suriyada hakimiyyət dəyişikliyindən sonra ailəsi ilə birlikdə Rusiyaya qaçıb.

Bildirək ki, Belçika Aİ-də dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilən krediti maliyyələşdirmək üçün müsadirəsinə qarşı çıxan ölkələrdən biridir.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
globalinfo.az

1Mənbələr