AZ

Putin: Rusiya Aİİ üzrə tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirir

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının dar tərkibdə keçirilən iclasının açılışında çıxış edərək, Rusiya üçün İttifaq üzrə tərəfdaşlarla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, bu qarşılıqlı fəaliyyət “beşlik” ölkələrinin iqtisadi sabitliyinin təmin olunmasına imkan yaradır.

Putin vurğulayıb ki, Rusiya Aİİ çərçivəsində birliyin hərtərəfli möhkəmləndirilməsi naminə tərəfdaş ölkələrlə birgə işin daha da fəallaşdırılmasında səmimi şəkildə maraqlıdır.

Rusiya lideri bugünkü Ali Avrasiya İqtisadi Şurasının iclasının səmərəli keçəcəyinə ümid etdiyini, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə ciddi irəliləyiş əldə olunacağını qeyd edib.

Seçilən
29
nocomment.az

1Mənbələr