AZ

Əksəriyyət bu ağrı ilə yaşayır – Əzabdan qurtulmağın 4 QIZIL ÜSULU

Boğaz ağrısı adətən yuxarı tənəffüs yolu xəstəliklərinin yan təsiri kimi ortaya çıxır. Ağrı ilə mübarizədə istifadə edilən dərmanlar isə çox vaxt istənilən effekti vermir.

"Ölkə.az" boğaz ağrısını aradan qaldıran təbii üsulları təqdim edir.

Bal

Bal boğazdakı qıcıqlanmanı azaldır və yumşaldıcı təsir göstərir. Eyni zamanda antibakterial xüsusiyyətləri sayəsində infeksiya mənşəli boğaz ağrılarında rahatlama yaradır. Bir stəkan ilıq suya və ya adaçayı, cökə kimi bitki çaylarına 1 çay qaşığı bal əlavə edib içmək olar. Mayenin çox isti olmaması vacibdir. Gündə 1–2 dəfə istifadə edildikdə ağrı və yanma hissinin azalmasına kömək edir.

Duzlu su

Duzlu su boğazdakı mikrobların azalmasına kömək edir. Bir stəkan ilıq suya yarım çay qaşığı duz əlavə edərək qarqara hazırlayın. Qarqara zamanı suyun boğazın arxa hissəsinə çatmasına diqqət edin. Bu prosesi gündə 2–3 dəfə təkrarlamaq olar.

Zəncəfil çayı

Zəncəfil iltihab əleyhinə və immuniteti gücləndirən xüsusiyyətə malikdir. Təzə zəncəfil dilimlərini isti suda 5–10 dəqiqə dəmləyərək çay hazırlamaq olar. Çayı ilıq temperaturda içmək məsləhətdir. Dadını və təsirini artırmaq üçün limon və bal əlavə etmək mümkündür. Xüsusilə soyuqdəymə ilə bağlı boğaz ağrılarında rahatladıcı təsir göstərir.

Buxar inhalasiyası

Buxar inhalasiyası boğazda yaranan quruluğu aradan qaldırmağa kömək edir. Bir qaba isti su tökün və çıxan buxarı 5–10 dəqiqə ərzində nəfəsinizə çəkin. İstəyə görə suya bir neçə damcı evkalipt yağı əlavə etmək olar. Başa dəsmal örtmək isə buxarın dağılmasının qarşısını alacaq.(musavat.com)

Seçilən
144
17
olke.az

10Mənbələr