2026-cı ilin yanvarından etibarən Rumıniyada NATO-nun Ukraynaya silah və hərbi texnikanın tranzitini koordinasiya edəcək yeni logistik mərkəzi fəaliyyətə başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə” Defense Express” nəşri məlumat yayıb. Bildirilir ki, yeni mərkəz Polşanın Jeşuv şəhərində yerləşən mövcud logistik hubun analoqu olacaq və onunla sıx əməkdaşlıq edəcək.

Məlumata görə, Rumıniyada yaradılacaq logistik mərkəz NATO-ya Ukraynaya tərəfdaş ölkələr tərəfindən göndərilən silah-sursatın, o cümlədən PURL mexanizmi çərçivəsində həyata keçirilən tədarüklərin maksimal tranzit həcmini iki dəfə artırmağa imkan verəcək. Ekspertlər vurğulayırlar ki, ikinci hubun işə düşməsi Polşadakı mərkəzdən asılılığı azaldacaq və Ukrayna üçün kritik əhəmiyyət daşıyan hava hücumundan müdafiə vasitələri, raketlər və döyüş sursatının daha stabil çatdırılmasını təmin edəcək.
Qeyd olunur ki, Rumıniyada yerləşəcək yeni logistik mərkəz birbaşa NATO-nun komandanlığı altında fəaliyyət göstərəcək.