AZ

Ən böyük dövlət borcu olan ölkələr Siyahı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

2025-ci ilə sonuna qədər dünya ölkələrinin dövlət borcu 111 trilyon dollar təşkil edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat yayıb.

Qeyd olunur ki, qlobal dövlət borcunun 1/3-dən çoxu ABŞ-nin payına düşür.

Bildirilir ki, bir qayda olaraq, inkişaf etmiş ölkələr ən böyük borca ​​malikdirlər və bu ölkələr xarici borcdan iqtisadi artımı stimullaşdırmaq üçün istifadə edirlər.

Ən çox borcu olan 10 ölkənin siyahısını təqdim edirik:

1. ABŞ - 38,5 trilyon dollar

2. Çin - 18,7 trilyon dollar

3. Yaponiya - 9,8 trilyon dollar

4. Böyük Britaniya - 4,1 trilyon dollar

5. Fransa - 3,9 trilyon dollar

6. İtaliya - 3,5 trilyon dollar

7. Hindistan - 3,4 trilyon dollar

8. Almaniya - 3,3 trilyon dollar

9. Kanada - 2,6 trilyon dollar

10. Braziliya - 2 trilyon dollar

Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət borcu 25,9 milyard dollardır ki, bu da ölkənin ÜDM-nin 19,5%-ni təşkil edir. Ümumi dövlət borcunun 8,3 milyard manatı (4,9 milyard dollar) və ya 32,8%-i xarici dövlət borcunun, 17 milyard manatı və ya 67,2%-i daxili dövlət borcunun payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
yeniavaz.com

1Mənbələr