Misli Premyer Liqasında XVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Qarabağ"a məğlub olub.
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Tsxadadze fikirlərini jurnalistlərlə bölüşüb:
“Qarabağ”ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi. Komandam yaxşı oynadı. Futbolçulara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 95 dəqiqə də oynaya biləcək və daha yaxşı nəticələr göstərəcəyik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan razıyam”.