AZ

Azərbaycanda ov mövsümü yenidən açıq elan edilibVİDEO

Azərbaycanda ilk dəfə olaraq dekabr-yanvar ayları üçün ov mövsümü açıq elan edilib.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib.

İclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 01 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılmışdı.

O da bildirilib ki, ov mövsümünün bu tarixlərdə açıq elan edilməsi ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq qərara alınıb.

Qeyd edək ki, budəfəki ov mövsümünün dekabr-yanvarı əhatə etməsi Azərbaycanda belə bir dövrün açılması baxımından nadir və ən azı son illərdə qeydə alınmayan addımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
57
6
xezerxeber.az

10Mənbələr