ABŞ Venesuela sahillərində ikinci neft tankerinə əl qoyduğunu təsdiqləyib. Vaşinqton bu addımı sanksiya altında olan neftin "qanunsuz dövriyyəsi" ilə izah edir və yükün narkoterrorizmin maliyyələşdirilməsində istifadə edildiyini iddia edir.
Far.Az xəbər verir ki, Venesuela hökuməti isə hadisəni qanunsuz adlandıraraq sərt etiraz bildirib və gəmi heyətinin zorla saxlanıldığını açıqlayıb. Karakas ABŞ-ın bu hərəkətini "sömürgeçi təzyiq" kimi qiymətləndirir və məsələnin beynəlxalq müstəviyə çıxarılacağını bildirir.