Fransa Prezidenti Emmanuel Makron dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ideyasından imtina etməklə Almaniya kansleri Fridrix Mertsə xəyanət edib.
"Ölkə.az" xəbər verir ki,Diplomatik mənbə Financial Times (FT) qəzetinə bildirib ki, Makron Merzə xəyanət edib və o, bunun üçün pul ödəməli olacağını bilir.
Mənbə həmçinin Makronun zəifliyinə görə Corciya Meloninin arxasında gizlənməkdən başqa çarəsi qalmadığını bildirib.
Bir neçə gün əvvəl FT avropalı diplomata istinadən Fransa və İtaliyanın Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini rədd etməsində əsas rol oynadığını bildirib. Makron və Meloni parlamentlərinin planı dəstəkləyib-dəstəkləməyəcəyinə şübhə ilə yanaşıblar.
Elvin
Ölkə.az