Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin iyulunda İstanbuldakı “Zara” mağazasından paltar oğurlayarkən saxlanıldığı iddia olunan məşhur komediya ustası Cerys Nelmesin məhkəmə işi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.
Təxminən beş aydır həmin prosesə görə İstanbulda saxlanılan Nelmes sərbəst buraxılıb.
Məhkəmə qərarı ilə səyahət qadağası götürülüb və o İngiltərəyə qayıdıb.
Xatırladaq ki, İstanbulda olarkən Nelmes, 110 funt-sterlinq dəyərində paltarın (təxminən 400 AZN) ödənişini etmədən onları mağazadan çıxarmağa cəhd göstərmişdi.
Daha sonra isə ödənişi etməyi unutduğunu açıqlamışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.