AZ

“Barselona”dan ardıcıl 8-ci qələbə

“Barselona” La Liqada ardıcıl 8-ci qələbəsini qazanıb.

Msport.az xəbər verir ki, kataloniyalılar 17-ci turda “Vilyarreal”i 2:0 hesabı ilə məğlub edib.

Komandalar İspaniyanın Vilyarreal şəhərindəki “Keramika” stadionunda qarşılaşıblar. Xavyer Alberola Roxasın idarə etdiyi görüşdə “Barselona”nın qollarını 12-ci dəqiqədə Rafinya və 63-cü dəqiqədə Lamin Yamal vurub.

Bu nəticədən sonra “Barsa” 46 xalla turnir cədvəlinə başçılıq edir, ikinci pillədəki “Real”ın aktivində 42 xal var.

Seçilən
15
msport.az

1Mənbələr