ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının XVI turunun “Araz-Naxçıvan” – “Şamaxı” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq. “Şamaxı” da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandıq. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.